Page 388 - Turk_Edebiyyati_Antologiyasi
P. 388
Türkiyə ədəbiyyatı antologiyası
388
ŞÜŞƏ SƏSLƏRİNDƏN XATİRƏ
qısaca andı, mәnә şüşә sәslәritәk
bir xatirә qaldı
qısaca andı, o çox hәssas tarazlıq
üzә vurdu, әks etdi
İpә düzülәn inci
dünya ilә adam
ilk bahardı, sonralar şәffaf şeylәr
yağdı
ahәng qarışdı zәrif havaya
qısaca andı, bәlkә, fәrqindә belә
deyildin sәn
mәn әbәdi adamdım, o qapıdan
çıxarkәn
xatirәlәrin şüşә sınıqlarıtәk
toplandığı o an
başqa xatirәlәrin xatirәlәri
keçir xәyalımdan…
MƏXMƏR ŞAİRLƏR
Ölürlәr mәxmәr şairlәr
Bazarların tozuna vә qüllәlәrin dumanına basdırılmış
gündüz gecәyә axır… Gecә gündüzә…
Ölüm hәyata axışır, hәyat şüura…
Şüur da axır – hәlә qәrar vermәyiblәr
getsә otaqlarından – getsә otaqlarından kimlәrsә…
tәnhalıq vә xәyalpәrvәrlik…
Hәr yerdәydilәr
Qayıtmağa yerlәri yoxdu indi…