Page 386 - Turk_Edebiyyati_Antologiyasi
P. 386
Türkiyə ədəbiyyatı antologiyası
386
İLK VƏ SON DƏFƏ
hәr şey deyildi, artıq әvvәlkitәk olammaz
әlimdәn sürüşәn kitab açıq yol kimi uzanır
suyun üstündәn sıçrayan pişik
kimi qorxa-qorxa baxıram, çünki bilsәn!
gedilmәmiş yollar hey yadda qalır
“S”
yeni sağılmış südün dadı damağıma çıxır
döşlәrin arasındakı o әsmәr çuxurdan axır qanım
kimsәnin girmәdiyi meşәnә girirәm sәnin,
qaplansan! Mәn qarşında can hayında olan heyvan
ilanın qıvrılmağını duyuram qaranlıq yuvasından
gәrili qasıqlarında böyüyür bu ipәk kimi әtir
әlimә dәyәn zәhәr pәrәn-pәrәn olub dağılacaq
gecә-gündüzә, qılınc qınına qovuşacaq
yarpağa düşәn od necә alışdırırsa meşәni
әllәrin mәnә uzananda hәyat vә ölüm mәni çağırır.