Page 382 - Turk_Edebiyyati_Antologiyasi
P. 382
Türkiyə ədəbiyyatı antologiyası
382
AEROSTATLAR
Yay axşamları
hava hәlә qaralmamış
bu tәrәfdә böyük aerostatlar
gözә dәyir göydә hәrdәn;
başıaşağı armudlar kimi
süzüb keçirlәr yavaşca
nәfәs verәn alovları
arabir parlayaraq
Vә onlardan birinә minib
Yuxarı qalxdığını güman edir insan;
külәyin qımıldatdığı iplәr,
boşluqda yellәnәn sәbәt
vә aşağıda tanış gәlәn
coğrafiyası bir hәyatın:
Ümid çәmәnlәri, sevgi tәpәlәri,
yuxuların başa çatdığı
qaranlıq bağlar,
yaddaşdan silinmәmiş
bir-iki kәdәrli qәsәbә
vә qıvrıla-qıvrıla
uzanan yolları peşmanlığın,
hamısı kiçik, uzaq, münasib
vә az qala әhәmiyyәtsizdi artıq
gün ağır-ağır sönәrkәn.