Page 377 - Turk_Edebiyyati_Antologiyasi
P. 377
377
MÜŞAHİDƏÇİ
Cücülәr susmaq bilmir –
Çürük qoxuları, palçıq qoxuları
Nәfәs aldığım havada.
O qәdәr yamyaşıldı ki:
Bulantı verir. Güvən Turan
Gümüşә çalan tozunu gәzirәm
Torpağımın,
Mis rәnglisini,
Çöl-düzünü.
Ya da o yorğun
Özünü yaratmağa mәcbur elәyәn
Yaşılını…
Qatı mavini Boğazda:
Gün batandan bir-iki dәqiqә sonra
Yaranan.
Nәrmәnazik gövdәsini bu mavidә
Sevdiyimin…
Cadar-cadar olması ürәyin
Əbәs deyilmiş qürbәtcilәrin
Dilindә.
CAVAB
İçimdәki dәrinlik,
Mane olur yaxınlaşmağa başqalarına
Hәmişә uzaqdan danışıram
Mәnim başımı gicәllәndirәn
Nәyә borcluyam hürkmәyini
Keçdiyin ya da ilişib-qaldığın
Sevgilәrәmi
Yoxsa sәni dә dәrinlәşdirәn