Page 375 - Turk_Edebiyyati_Antologiyasi
P. 375

375




                QISA ŞALVAR, PASLI MİSMAR,
              DİZDƏ QAYSAQ BAĞLAMIŞ YARA
                                (ixtisarla)


               Nazlan
               Tәnә et,
               Acıq et mәnә                                          İsmət Özəl
               Mәni gecәdәn xeyli keçmiş
               Tәkcә suya yolla
               Bağçada üzünü o yana çevir
               Gülә heyrәt edәn kimi göstәr özünü
               Gülümsәyә-gülümsәyә danış başqalarıyla
               Qaşqabaqlı, hәyәtdә tәk ikimiz qalınca
               Acıqlanıb әn şәfqәtli addımlarla üst mәrtәbәyә çıx
               Ən sevdiyim çiçәyin güldanı düşsün әlindәn
               Dәrinlәşsin mәn hirsimi udduqca ruhumdakı sınıqlıq
               …Dünya dediklәri bir kar küpә
               Acılar tıxaşınca içimdә
               Hey sәni sәslәndirәr.
   370   371   372   373   374   375   376   377   378   379   380