Page 380 - Turk_Edebiyyati_Antologiyasi
P. 380
Türkiyə ədəbiyyatı antologiyası
380
İSVEÇLİ QIZLARA
Yanımdan isveçli qızlar keçir
Ağla gәlmәyәcәk qәdәr gözәl qızlar
Yaxalarında da Vyetnam nişanları
Azad olduqlarına
Hәddәn artıq inandırılmış qızlar
“Levis” şalvarlar әyinlәrindә
On ildә yaşadıqlarını bizim qızların
Yaşayırlar bir gündә
Yenә dә heç avtobus görmәmiş adama
Avtobusu izah etmәk kimi bir şey
Eşqi anlatmaq bunlara
Bir dә azadlığı.
Barmaqlarını öpürәm bir-bir,
çeçәlә barmağını da.
Bir alçanın çiyidini
qucaqlaması kimi qucaqlayırsan mәni.
Nә işığa nә havaya ehtiyacım var orada.
Sәnin dәrini içirәm su kimi.
Sәnin bәdәnin mәnim peykimdir.