Page 374 - Turk_Edebiyyati_Antologiyasi
P. 374
Türkiyə ədəbiyyatı antologiyası
374
QANA BULAŞMIŞ SƏNƏDLƏR
Qaranlıq sözlәr yazıram hәyatım haqqında
Eşqlәrim, inanclarım işğal altındadır
Tabutumun üstündә zәr atırlar
cibimdәki ünvanlardan ümid qalmayıb
torpağa әyilәndә yer bellәyәn adamlar
dәnizә yaxınlaşanda qumlar, çınqıllar
keçmiş günlәrimә biganә baxır.
Dolaşıq sözlәr yazıram hәyatım haqqında
Vә külәk bürüşdürür polis mәlumatlarını
qadınlar xirtdәyәcәn günaha batır
bәzi solğun köynәklәrin açıq düymәlәrindәn
polad dәryaz kimi dalğalanır uşaqlar
dәnizin sәtirlәri arasında.
Gecә arsızcasına kükrәyir paslı beynindә şәhәrin
Küfrә yaxınlaşınca inancım artır.
Qaranlıq sözlәr yazıram hәyatım haqqında
elә yoruldum ki, yoruldum dünyanı tanımaqdan
saçlarım çox yoruldu gәnclik yuxularımda
dәrd çәkә bilәcәk yaşa gәldiyim zaman
dәrdlә әllәşәcәk yerlәrimi yox etdim
vә indi bir çox sәhifәsini ötürәrәk bitirdiyim kitabın
әvvәlindәn başlaya bilәrәm.
1972