Page 396 - Turk_Edebiyyati_Antologiyasi
P. 396
Türkiyə ədəbiyyatı antologiyası
396
ayrılır dәliqanlı
yuxunun ortasında
– aşiqәm, –
deyir
– yanığam,
sovurub köksünün külünü – kösövünü.
MƏRMƏR ADASIYLA VİDALAŞMA
Ayrılımmı, qovuşummu – bilmәdim neylәyim
bu limanda
Tәrәddüdün ortasında qısnayıram yaddaşımı.
Tәkrar edirәm insanlığımı xәbәr alana. Bir anda
minib gәmilәrә
uzaq dәnizlәrdәki mәzarıma gedirәm. Bir anda
çırpılıram körpüyә
(Başdan-ayağacan ağ geyindim, ipәyin arxasında
qırmızı, partlamış
günәş axır әllәrimdәn).
Qışın xatirәlәri vә bu dәnizin dalğaları gizlәnib
saçlarımın uzanmasında
Söylә mәnә, yaşatmaq sәnin qismәtinәmi yazılıb
bu adanı;
bәslәmәk ağ evlәri
vә beton üzgәcә oxşar körpüsü… itirilmәyinlә…
Ah, itirirsәn mәni. Saxlaya bilmirәm mәrmәrin
etibarlılığında.
İtirirәm sәni. Qәlbim ada olmazdımı sәnә?
Gecikmiş zaman axşamı tәlaşla qaldırır sulardan.
Oxtәk uçan delfinlәrdәn son mәrasim.
Atıram özümü gecәnin qaplanına.
Parçalandığımdan duyuram: әhlilәşdirә
bilmәdiyim sevdam
sәrir әtlәrimi qayalar üzәrinә…
Mәn bu sahildә yatan qaplanam; üzdük sizi,
artıq әlvida!