Page 398 - Turk_Edebiyyati_Antologiyasi
P. 398
Türkiyə ədəbiyyatı antologiyası
398
***
İntihar adlı bir şey
Yoxdu bu dünyada.
Əsl intihar
Gün-gün yaşamaqdadır.
BU GÜN DƏ ÖLMƏDİM, ANA
Ürәyimi qalxan bilib eşiyә çıxdım,
Kafelәrdә oturub uşaqlarla danışdım.
Sıxıldım, dәrdlәndim, sevgilimlә görüşdüm
Bu gün dә ölmәdim, ana.
Bağlıydı qapılar, pәrdәlәr solğun
Silah sәslәri uzaqda oğrun-oğrun
Bir üzüm ayrılığa, biri hәyata doğru
Bu gün dә ölmәdim, ana.
Üstümә silah çәkdiklәrini sandım
Külәk budaqlara sarıldığı dәm.
Qorxdum, güldüm, özümә hirslәndim
Bu gün dә ölmәdim, ana.
Mәnә belә, bu cür qәrib duyğular
Bilmirәm hardan gәlir, hara gedir?
Döndüm artıq, kәdәr ürәyimdәn beynimә sızır
Bu gün dә ölmәdim, ana.