Page 395 - Turk_Edebiyyati_Antologiyasi
P. 395

395




              KÜLƏK, DAYANDIRMA TƏQVİMİ


               İnsan
               okean qoymalı bәzәn
               arasında ayaq izlәrinin,
               sığınsa da qәlbinә gәzә-gәzә isitdiyi topraqlar;
               zalım qәhrәmanı olmalı bütün tәrk etmәlәrin.          Adnan Özər

               Azmı olub qartalın sahildәn qayıtdığı,
               qaplanın yırtıcı marağıyla dәnizdәn üz çevirdiyi
               bir kәrә dә olsa
               adını kişi qoyan
               buraxıb yurdunda ata mәzarlarını
               uzaq vulkanların qaynayıb söndüyü adalara getmәli,
               adını söylәsin deyә daşın içindәn evini yandıran atәş.

               Bilmәlidir dünya sevdalısı
               qandadır atәş gәmisi,
               qadın yuxusundan biçilәn yelkәn parçası
               üzdürür mәchula gedәnin qәlbini.

               Ah, dedi-qodudur hәyat
               sıxıntı verib, rahatlıq vәd edәn:
               yeganә qazancın – әlvida sözlәri…

                  YENİ SEVDALININ SƏHƏRİ

               sәhәr vaxtı
               silinir yer üzünün sürmәsi gözlәrindәn
               sınır göy üzünün şüşәlәri
               iynәlәr, tikanlarla dolu
               dәnizin yorğun qolları
               şәfәq
               gәrdәk sәhәrinin çәhrayı gәlini
               qaldırır pәrdәlәrini
               yellәrin mәxmәr qanadları
               yırğalayır güllәri, zanbaqları.
   390   391   392   393   394   395   396   397   398   399   400