Page 279 - Turk_Edebiyyati_Antologiyasi
P. 279

279




                             ZOOPARK


               Elә düşüncәli baxma üzümә
               Sәnә verәcәyim şeylәr bәlli
               Ət verәrәm istәrsәn
               Yumurta verәrәm
               Süd verәrәm                                           Nevzat Üstün


               İstә, istәdiyin qәdәr
               Sәadәt duyğumu götür, apar
               Gözünә tәp – darılmaram.

               Şir olmağına şirsәn
               Yaxşı niyyәtlәrim var sәninlә bağlı
               Kimsәnin xәbәr tutmadığı fikirlәrim var
               Uzağı bu bazar günü
               Hamısını sәnә gәtirә bilәrәm
               Elә düşüncәli baxma üzümә
               Sәnә verәcәyim şeylәr bәlli
               Hürriyyәt verәmmәrәm, mәsәlәn.
   274   275   276   277   278   279   280   281   282   283   284