Page 282 - Turk_Edebiyyati_Antologiyasi
P. 282
Türkiyə ədəbiyyatı antologiyası
282
SAXSI
Əlimdә indicә
Kiçik saxsı vardı
Boş saxsı qab
Necә ağır olduğunu bilmәzdim
Qolum yaman ağrıyır
Boş
Bomboş
Çiçәksiz saxsı qab.
DÖRDLÜKLƏR
III
Böyük şairdi, sevdi, sevdalandı Nazim Hikmәt
Qara sevdamızı sevdi, türküsünü gözәl dә söylәyәrәk.
O qәdәr eşq türküsünü davam etdirmәk üçündü
Qara sevda әmәkçinindi, әmәk üçündü.
IV
Buyurun baxın:
Burdadı aramızdakı fәrq –
Biz xalqıq – “aydınlanmış xalq”
Onlar xalqdan qıraq aydın.
IV
Uşaqlar kimi yaşadıq, düzdü
Uşaqlar kimi gedәcәyik dünyanızdan
Eyni hüzn qalacaq bizdәn dә
Eyni hüzn gәlәcәk arxamızca.