Page 283 - Turk_Edebiyyati_Antologiyasi
P. 283
283
ATTİLLA İLHAN Atilla İlhan
(1925–2005)
Mәnәmәndә doğulub. İstanbul İşıq liseyini bitirib.
İstanbul Universitetinin hüquq fakültәsindә oxuyarkәn
“Nazim Hikmәti xilasetmә komitәsi”nә qoşulmaq üçün
tәhsilini yarıda buraxaraq, Parisә gedib. Gәnc yaşla -
rından müxtәlif әdәbi mükafatlar qazanıb. TRT-dә
çәkilmiş serialların ssenarilәri, roman, hekayә, xatirә
vә mәqalәlәri ilә dә tanınıb.
“Divar” (1948), “Yağış qaçağı” (1955), “Bәla çi çә -
yi” (1962), “Dustağın gündәliyi” (1973), “Əldә var
hüzn” (1982), “Ayrılıq sevdaya daxil” (1993) adlı şeir
kitablarının müәllifidir.