Page 288 - Turk_Edebiyyati_Antologiyasi
P. 288
Türkiyə ədəbiyyatı antologiyası
288
QAN
Bir hәnir yox bu boyda ovalıqda
Tәk-tәnha üzümlәr, tütünlәr.
Bağ evinә söykәyib kürәyini
Qurtuluş savaşından bir igid
Görmürәm, sәsini eşidirәm amma –
Yaralı sazı әlindә
Torpağa damcılayır qan
Manisada, Aydında
Gәlinlәr, kürәkәnlәr, analar
Üzüm qurudur gün altında
Qaranlıqda tütün dәrir
Torpağa damcılayır qan
Günәş çıxınca quruyacaq
Zaman nә tez keçir
Hәyat – göz açıb yummaq
Torpağa damcılayır qan.
ÇƏN
Keçirәm şәhәrin kiçik bir küçәsindәn
Evlәr – yeni sәfәrdәki kimi daşın
Cingildәyәn tәnhalığı… çәndә nәmli zirzәmilәr
Hәyatların pası – dәnizә uzanan
Yayılan göy üzü uzaqlarda
Ey itik ada, ey qәlblәrin köhnәldiyi yer
Eyvanlardan, damlardan enәn düşüncә.