Page 291 - Turk_Edebiyyati_Antologiyasi
P. 291
291
İN VİNO 1
I
Yağış qәdәhini sәkilәrә çırpdı,
İndi şüşә qırıqları içindә
Sәrxoş siçovullar qaçışır. Can Yücəl
BİR AZ ÖNCƏ
2
Kәsafәt , әlindә bir paslı qayçı,
İstanbulun asma körpülәrini kәsdi
Sevdamızın kәndirindә at oynadan kәndirbaz
İndi küt bir dәhrәdir içimizdә
Ha düşәcәk,
Ha düşәcәk,
Ha düşәcәk.
Başımızın üstündә bir az әvvәl gülüb duran göy üzü
Yedәkdә yük gәmisidi indi.
TOR
Suyu süzülәn göy üzü çıxdı torlardan
Masmavidi bütün balıqçılar.
İTMİŞ UŞAQ
Birdәn eşidilmәz olsun ayaq sәslәrim,
Kölgәm başqa küçәyә dönsün birdәn
1 İn vino – şәrab (ital.)
2 Kәsafәt – sıxlıq, qatılıq, bulanıq