Page 294 - Turk_Edebiyyati_Antologiyasi
P. 294
Türkiyə ədəbiyyatı antologiyası
294
Bәrq vura-vura düşür damcılar
Ətәklәrin yellәnә-yellәnә götürüldün yerindәn
Qısıldın üzbәüz evin daldanacağına –
Bax o evin qapısında tapacaqsan mәni
Tutalım, hәvәslәndin bir sәhәr vaxtı,
Erkәndәn dәnizә baş vurum, – dedin
Qol atdıqca sәn
Pambıq mәlәfәlәr kimi cırılır su ortadan
Egey dәnizi, bu ağayana dәniz
Heç sәslәnmir
Qәfildәn bir dә dibә dalım, – deyirsәn
İçinә doldu, bәlkә dә
Şütüyәn çil-çil balıqlar
Lapinalar – gümüşlәr var ha –
Əyilә-әyilә yellәnәn yosunlar
Onların arasında tapacaqsan mәni.
Tutalım, әmәlli-başlı şair olan bir nәfәr çıxıb ortaya
Par-par yanır gözlәri
Meydan ya Taksim, ya Bәyazid Meydanı
Hamı orda, sәn dә ordasan
Hәrif bizdәn danışır – bu ölkәnin uşaqlarından
“Gedәk, yoldaşlar! – deyir, – gedәk
Azadlığa, Xoşbәxtliyә doğru
Hәr şey sevgi ilә başlanır” – deyir
Gözlәrin yağışdan sonra yarpaqların yaşılı
Bir dә qanrılıb baxarsan ki,
Yanında mәn varam.