Page 299 - Turk_Edebiyyati_Antologiyasi
P. 299
299
BİR GECƏ QƏFİLDƏN GƏLƏ BİLƏRƏM
Bu qәdәr ürәkdәn çağırma mәni,
Bir gecә qәfildәn gәlә bilәrәm.
Mәni gözlәyirsәn, unutmamısan,
Sevincdәn qapında ölә bilәrәm.
Bәlkә dә, hәyata yeni başlaram, Ümid Yaşar Oğuzcan
İçimdә küllәnәn qor alovlanar.
Baxarsan, qalaram, kölәn olaram,
Bәlkә dә, sevәrsәn mәni, kim bilir?
Qal desәn, dağlarca sevәrәm sәni,
Bir dәniz olaram ayaqlarında.
Eşq bu, hәsrәt bu – heç bәlli olmaz,
Qәlbim dura bilәr dodaqlarında.
Ya da unudaram kim olduğumu,
Unudaram, bәlkә, adımı belә.
1
Bәlkә dә, çıldırıb dәli olaram
Sәnә qovuşmağın hәyәcanıyla…
Eşq bu – bilinmir haraya varar,
Nә saxlayar hәsrәtini, sevәni…
Görәrsәn, qәfildәn gәlә bilәrәm,
Bu qәdәr ürәkdәn çağırma mәni.
1 Çıldırmaq – ağlı itirmәk