Page 304 - Turk_Edebiyyati_Antologiyasi
P. 304
Türkiyə ədəbiyyatı antologiyası
304
DƏSTƏ
Tәkcә mәnimmi?..
Hәlә dünәnki uşaqların da zoqquldayır gicgahları
Azca geri çәkilib baxıram –
Göz işlәdikcә yabanı әncir tarlaları.
Halbuki nә köçkünәm, nә köçәri
Hansı qapını döysәm, yel vurub cinlәr oynaşır
Yalançı yoncalarla kömür tozu әtrafım
Bir dә pәtәkdәn qaçmış o axmaq arı
Bir dә, bir dә
Tarixә qarışmayan tramvay dayanacaqları