Page 300 - Turk_Edebiyyati_Antologiyasi
P. 300

Türkiyə ədəbiyyatı antologiyası
      300
                                     GÜZGÜ


                     Mәnә oxşayan bir gözlәrim qaldı
                     Bir dә kәdәrli baxışlarım

                     Düşüncәmin olmadığı
                     Güzgülәrdә mәn varam
                     Yalan deyil dәyişdiyim, yalan deyil
                     İndi hәr nәğmә mәni ağladır
                     Dәli edәn insanı zaman deyil
                     Zamanı unutmamaq zülmdü…

                     Zamandı ovuclarımdan uçub-gedәn
                     Xәyallarımın olmadığı yerdә
                     Zamandı düşüncәmә hökm edәn

                     İlk sevgilim indi, kim bilir, hardadı?
                     Xatirәlәrimi aldı әvvәlcә ölüm
                     Zamanın güzgüsündә ölümü gördüm.

                                BATMIŞ GƏMİ


                     Bütün sevgililәr, dostlar getdi
                     Bir sәn qaldın, qadınım, mәni tәrk etmәyәn
                     Batan gәmilәrin kapitanlarıtәk
                     Dәnizlәrin ortasında ölümü gözlәyәn.

                                      RÜBAİ


                     Nәşәylә hüzur, tut ki, bu alәmdә deyil,
                     Cәnnәtdә deyil, sonra cәhәnnәmdә deyil.
                     Madam ki, bilinmir bu ömrün sirri
                     Hәr dәmdә inan Tanrıya, son dәmdә deyil!
   295   296   297   298   299   300   301   302   303   304   305