Page 302 - Turk_Edebiyyati_Antologiyasi
P. 302
Türkiyə ədəbiyyatı antologiyası
302
OYAN
Oyan görәk!
Gün işığını çilәmәyә başladı üstünә
Dәnizlәr mavilik aldı Günәşdәn
Dan yelinә qoşulub quşlar yuvasından uçdu
Bu türkünü dinlәmәk istәmirsәn?
Oyan görәk
Aydınlığa çıx ki, çil gözlәrin parıldasın
Bahar hәrarәti dolsun qәlbinә
Yoxsul olsan da oyan
Qәrib olsan da oyan
Bir halda ki, gözәlsәn, gözәli yaşatmaq üçün
Bir halda ki, yaxşısan, yaxşılığı yaşatmaq üçün
Oyan görәk!
Dәnizi dinlә, yaşamaq desin
Torpağı dinlә, barışmaq desin
Göyü dinlә, sevişmәk desin
Val qoyan kimi qrammafona
Budur eşq, budur hәsrәt, mübarizә gücü
Oyan deyir, oyansana
Oyan görәk!
Sevdiyim oyan
Noolar oyan.