Page 306 - Turk_Edebiyyati_Antologiyasi
P. 306

Türkiyə ədəbiyyatı antologiyası
      306
                                   AĞACLAR


                     Mәchul şәkillәr cızar
                     Havada sәsi
                     Kimisi çiçәyә büründü,
                     Gözәllәşdi kimisi.

                     Çağları әmizdirәn torpaq
                     Çöllәşәrkәn ağrıdan
                     Kimisi qurudu qaldı,
                     Ölümü yendi kimisi.



                                     HEYBƏ


                     Doğumu Antalyadan gәtirdim,
                     Yenikapının tanımadığım bir evindәn
                     Minbaşım, yeni gәlmişәm cәbhәdәn,
                     Anam әn gözәl yaşında.

                     Uşaqlığı Topkapıdan gәtirdim,
                                   1
                     Tarhana şorbası qoxuyar
                     Bir gecәsini görsәm yetimliyin güzgüsündә
                     Xatirәlәri ordaca saxlamaq keçәr könlümdәn.

                     İlk gәncliyi İzmirdәn gәtirdim,
                     “Azadlıq” sözü yetmәz izah etmәyә…
                     Necә sığıb ovuclarıma qoca dünya
                     Kitabın biri insan, biri mәn.

                     Dәnizlidәn gәtirdiyim
                     Hәbsxanadan qalma bir fotoşәkil…


               1  Tarhana şorbası – pomidor, soğan, bibәr vә әdviyyat qatılmaqla bişirilәn şorba
   301   302   303   304   305   306   307   308   309   310   311