Page 311 - Turk_Edebiyyati_Antologiyasi
P. 311
311
AXAR SUYA ATILAN MƏKTUB
çox incә idi
gül yarpağıydı
toxunsam qırılacaqdı
toxunmadım qurudu
getmә, sonbahar oluram, sonrası heç Hasan Hüseyn
ağaclar bükmәsinlәr, nolar, boyunlarını
niyә axşam oluram qatar tәrpәnincә
qaranquşlar birdәn-birә uçub gedincә
yaylıqlar yellәnincә niyә qәhәrlәnirәm
elә mәrhәmәtsiz ki, elә birdәn-birә ki
bir az әvvәlki çiçәklәr iti tikan bitirir
getmә, sonbahar oluram, sonrası heç.
o sularda çimdik – bitdi; körpülәri keçdik – bitdi
o almanın dadı orda, o quş çoxdan ötdü – bitdi
artıq uşaq deyilik, susaraq da nәsә deyә bilәrik
günlәr – dövlәt alacağı, illәr bircә qәdәh buzlu rakı 1
oyunlar oyuncaqtәk, oyuncaqlar qәdim şarkı 2
qovaqlara oxlu ürәk qazıb-cızan o bıçaq
hardadı indi, harda indi, hardadı o qan sәrxoşluğu
getmә, sonbahar oluram, sonrası heç
1976
ŞEYTANA
Zamanlara bağlıdımı şeytan?
Şeytana atılan qırmancdımı iman?
Şeytanın vәkili nәfsdimi?
Yoxsa imanımız bәhsdimi?
1 Rakı – su qatılan spirtli içki, türk arağı
2 Şarkı – nәğmә