Page 312 - Turk_Edebiyyati_Antologiyasi
P. 312
Türkiyə ədəbiyyatı antologiyası
312
İTİ BUCAQ
anlatmaq istәdikcә hәr şeyi birdәn itirirәm
bir qütb ulduzu, bir mәn, bir kәsmәyәn ağrılarım
tәk-tәnha qalıram birdәn, gözәlim
vә dәlicәsinә ağlamaq istәyirәm
gecәnin qanadları qırıq vaxtı var, bilmirәm bilirsәnmi
ölüm qorxusu spirt kimi yayılır damarlara
heç vaxt hәmin mәqamda küçәlәrә çıxma
dәnizә baxma
qaranlığa
ulduzlara baxma heç vaxt
o vaxt
bax, gözәlim, hәmin o vaxt
ölüm – o cırcırama
ölüm – o göy düyün
su pәrilәrinin türküsünü söylәr
mәn yalqızam
orkestrdә sınıq saz
qanı axa-axa qaçan qurd
ürәyim dağ başında unudulmuş, vüqarlı
bayraq cırılan kimi
bir qütb ulduzu, bir mәn, bir dinmәyәn ağrılarım
cütlәşәn quşların, cücülәrin, insanların tәnhalığı
vә dәlicәsinә ağlamaq istәyirәm.