Page 314 - Turk_Edebiyyati_Antologiyasi
P. 314
Türkiyə ədəbiyyatı antologiyası
314
SEVDAN MƏNİ
Tәrk etmәdi sevdan mәni
Ac qaldım, susuz qaldım.
Xain, qaranlıqdı gecә,
Can qәrib, can susqun
Can paramparça…
Vә әllәrim qandalda.
Tütünsüz, yuxusuz qaldım,
Tәrk etmәdi sevdan mәni…
İÇƏRİDƏ
Xәbәrin varmı, daş divar?
Dәmir qapı, kor pәncәrә,
Yastığım, yatağım, zәncirim,
Saxlancımdakı qüssәli rәsm,
Xәbәrin varmı?
Yanıma gәlәnim yaşıl soğan göndәrib,
Qәrәnfil qoxuyur siqaretim,
Dağlarına bahar gәlib mәmlәkәtimin…
YALQIZ DEYİLİK
Bir üfüqә çatdıq ki, artıq
Yalqız deyilik, sevgilim.
Baxmayaraq ki, gecә uzun,
Gecә qaranlıqdı
Amma bütün qorxulardan uzaqdı,
Bir sevdadır belә yaşamaq.
Tәk-tәnha,
Ölümә bir nәfәs qaldığını bilә-bilә