Page 319 - Turk_Edebiyyati_Antologiyasi
P. 319

319


               sular qara, qara dәnizlәr
               heç bir şey olmamağın yeniliyi
               hәmin müddәtdә radio da dinlәdim, qәzet dә oxudum
               içki belә içdim bol boşluq kimi
               layiqli vәtәndaş, layiqli әr oldum
               bax onda birdәn bildim
               gülü deyil ölünü gözlәyirlәr
               hüseyn, doğru deyirәm
               gülü deyil ölünü gözlәyirlәr                          Turqut Uyar
               ilk gündәn bilirdim amma yenә gözlәdim
               gülü deyil ölünü gözlәyirlәr
               ölümlә gül qardaşdı çünki bizim şeirimizdә
               biri o birinә qan verәr


               vә ölüm daha böyük vә daha qırmızı olur güldәn
               vә sığmaz hәr mәzara
               bunlar sadәcә ölünü gözlәyirlәr
               güllәri deyil
               bir uçuq mәzara qoyulan güllәri deyil
               yoxsa gülün nә әhәmiyyәti var
               aclığı tündlәşdirmәkdәn başqa
               onlar ölünü gözlәyirlәr
               çünki gerçәklik qatır xalqın lüğәtinә
               “әgәr, yarım, mәn gedib dә gәlmәsәm
               qırmızı güllәrdә ara rәngimi”
               deyәcәk qәdәr
               o qәdәr ki
               saçları belә uzana bilmir qorxudan

                                    II
               gülü deyil ölünü gözlәyirlәr
               ölülәr gözlәnilir
                                                           1974
   314   315   316   317   318   319   320   321   322   323   324