Page 322 - Turk_Edebiyyati_Antologiyasi
P. 322
Türkiyə ədəbiyyatı antologiyası
322
O BELƏ
Mәnim sözümә görә
Gözün bildiyini әl bilmәz
Əlin bildiyini ağız bilmәz
Sözümә görә utanıram
Ürәyim utanmaq bilmәz.
Hey! İndi necoldular. Sәniha
Öz tәzadlı hәyatına qovuldu
Hәr kәsin bir az qovulduğu yerә
Böyüdükcә yaşlanırsa uşaqlıq
Camal necoldu
Bildiyimiz yeganә şey tәnhalıq
O belә indi necoldu
Hey, indi necoldular. Cәmilә
Xatirәsiz dünyasında xatirәlәrlә boğuldu
Qaldısa bir o qaldı
İçimizdә dәhşәti oyandırmaq qorxusu
İLXI
Mәn burada sıxıntıyam, atımdan enirәm
Mәnim atım – hәr zaman
Kim bilir, kimә sәslәnirәm, sәssizlik
Yosunlar, daşlar, o mәzar kitabәlәrindәn
Yaz gәlmiş, zәqqumlar açmış, әlimi belә vurmadım
Vursam belә nә çıxar, amma vurmadım
Ölü nәsә qalır dünyadan, yarpaqlardan
Mәn burada sıxıntıyam, atımdan enirәm
Mәnim atım – hәr zaman.