Page 327 - Turk_Edebiyyati_Antologiyasi
P. 327

327




                               DALĞA


               Buludu kәsdilәr üç parça
               Qanım yerә axdı – bulud üç parça
               İki gәmiçiynәn Van Qoqdan köçürülmә
               Bir qadın sifәti ha-ha-ha

               Bir qadın sifәti ovucum qәdәr                         Camal Sürəyya
               İki gözümlә gördüm vallahi-billahi
               Ulduzlar vardı – yaxşı vurmuşdum
               Bu kimin meyxanәsi ha-ha-ha

               Bu Əlinin meyxanәsi bu da masa
               Bu ipi kimin üçünsә gәzdirmirәm ki
               Bir dәfә asılmışdım uşaqlığımda
               Dirәklәr gәmidәydi ha-ha-ha


               İki gәmiçiylә Van Qoqdan köçürülmә
               Bir qadının sifәti qaçırdı, çata bilmәdim
               Mәn ömrümdә eşq nәdi bilmәdim
               Süheylanı saymasaq ha-ha-ha


                            FOTO-ŞƏKİL


               Dayanacaqda üç adam
               Kişi, qadın vә uşaq

               Kişinin әllәri ciblәrindә
               Qadın uşağın әlini tutmuş

               Kişi hüznlü
               Hüznlü mahnılar kimi hüznlü
   322   323   324   325   326   327   328   329   330   331   332