Page 331 - Turk_Edebiyyati_Antologiyasi
P. 331
331
AÇARLAR
Çünki qapıları
aparırlar (elә yanlış ki)
Şüşә sınıqları üzәrindә
Gülür vә
Gülәn artıq qaraçı deyil Ece Ayhan Çağlar
Deyil? – Deyil
Nә bilim, o uzaqda otaqların
Pәncәrәlәrini açıblar
Açıblar? – Açıblar
Dәnizә qarşı
(dәniz yoxdu ha)
İçәridәkilәr içәridә,
Çöldәkilәr çöldә qalıblar
Açarları oğurlayan qaraçıdır
Qaraçı? – Qaraçı eee.
TÖKÜLƏCƏKLƏR
Tәpәlәrә çıxardıq
Axşam vә üfüqün xidmәtçilәri
Kimi
Əllәrimizdә buz halqaları
Yanar dodaqlarına çәkәrdik
Bıçaq kimi iti dağların
Tәpәlәrdә oyun oynardıq
Ovuc dolusu daşlarla
O zaman ilk dәfә әlini tutdum
O zaman ilk dәfә qol-boyun
yaşadım dağlarla
Mәnim dә sevdiyim olarmış