Page 334 - Turk_Edebiyyati_Antologiyasi
P. 334
Türkiyə ədəbiyyatı antologiyası
334
BALKON
Uşaq yıxılarsa ölәr, çünki balkon
Ölümün cәsur körfәzidir evlәrdә
Üzündә son tәbәssüm yox olarkәn uşaqların
Analar analar әllәri balkonların dәmirindә
İçimdә vә evlәrdә balkon
Bir tabut qәdәr yer tutar
Camaşırlarınızı asarsınız – hazır kәfәndi
Yığılan çarpayınıza uzanar ölü
Gәlәcәk zamanlarda
Ölülәri balkonlarda gömәcәklәr
İnsan rahat olmayacaq
Ölәndәn sonra da
Mәndәn soruşmayın: hara belә
Qaça-qaça gedirәm
Alnından öpmәyә gedirәm
Evlәri balkonsuz tikәn memarların
QAR ŞEİRİ
Qarın yağdığını görüncә
Qar örtәn torpağı anlayacaqsan
Torpaqda bir qarış qarı görüncә
Qar içindә yanan qarı anlayacaqsan
Allah qar kimi göydәn yağınca
Qar dәnәciklәri isti-isti saçlarına dәyincә
Başını sinәnә әyincә
Mәnim bu şeirimi anlayacaqsan