Page 335 - Turk_Edebiyyati_Antologiyasi
P. 335
335
Bu adam, o adam gәlib-gedәr
Sәnin әllәrindә röyam gәlib-keçәr
Hәr әfvin içindә bir intiqam gәlәr-gedәr
Bu şeirimi anlayınca mәni anlayacaqsan
Mәn bu şeiri yazdım aşıq çeşidi
Elә qar yağdı ki, әlim üşüdü
Ruhum sәni düşününcә nur saçdı Sezai Karakoç
Hәr şeyi mәni anlayınca anlayacaqsan
MƏCNUN VƏ TOZ BULUDU
Bir gün Mәcnun
Yalqız vә yorğun
Qarşıda toz buludu gördü
Sanki gәlirdi onu udmaq üçün
Dedi, dur, ey toz buludu
Qaranlığın bәrәkәti ölüm otu
Gәl tәlәsmә, zaman var
Bәllidir dәqiqәlәr, saatlar
Əzrayıl belә sәndәn sәbirlidir
Burda sәnin tәki mәnim dә işim var
Arzum budur vaxtım bitib gün olsun
Mәnim dә taleyim xoşbәxt
Bir toz zәrrәsinә çevrilmәk olsun