Page 338 - Turk_Edebiyyati_Antologiyasi
P. 338
Türkiyə ədəbiyyatı antologiyası
338
AĞ-QARA
Mәni dünyadan o yanlara apardın
Qollarımı bağladın dur dedin
Duz qoxuyan gecәlәr dur dedi
Durub gözlәyirәm, gәlmә
Ay aydınlıq gecә qara
Gözlәrimin ardında cәhәnnәmtәk qaranlıq
Canlı vә cansız nә varsa tamamilә
Bu saat daha yaxın, lap әl-әlә
İndi tәnhalığımdan utanıram
Durub gözlәyirәm, gәlmә
Bunu mәn ta әzәldәn bilirdim
Bir gün buralarda son dәfә qalacaqdım
Əllәrinin bir anlıq şәklini tutacağam
Çöldәn günün son qatarı keçәcәk
Mәn hәr şeyin ardınca baxacağam
Bunu ta әzәldәn bilirәm
Durub gözlәyirәm, gәlmә.
Artıq nә sәn danışmalısan nә başqası
Yaşamaq naminә keçdik bütün dәyәrlәrdәn
Ağ rәngin lap orta yerindә duydu ürәk
Bu külәk tutmaz uzunboylu insanı
Bu külәk sәrsәri
İndi mәfhumlardan vә bütün külәklәrdәn kәnarda
Durub gözlәyirәm, gәlmә