Page 336 - Turk_Edebiyyati_Antologiyasi
P. 336
Türkiyə ədəbiyyatı antologiyası
336
SEVGİLİ, ƏN SEVGİLİ, EY SEVGİLİ
Sevgili
Ən sevgili
Ey sevgili
Uzatma dünya sürgünümü mәnim
Ölkәndәki quşlardan nә xәbәr var
Mәzarlardan belә qalxan bahar var
Eşq cәlladından nә çıxar bir halda ki, yar var
Yoxdan da, vardan da o yanda Var var
Yox, suç mәndә deyil, mәni yaxıb-yıxan bir nәfәr var
O nәğmәyә könül verib söylәnәcәk misralar var
Heç vaxt qismәt demә, qәdәrin üstündә qismәt var
Nә etsәlәr, boş şeydir, göylәrdәn gәlәn qәrar var
Gün batsa nә olar gecәni tәmir edәn memar var
Yanmış isәm külümdәn yapılan hasar var
Uduza-uduza böyüyәn zәfәr var
Sirlәrin sirrinә çatmaq üçün sәndә bir açar var
Sәndәn ümid kәsmәm qәlbimdә mәrhәmәt
adlı çinar var
Sevgili
Ən sevgili
Ey sevgili