Page 325 - Turk_Edebiyyati_Antologiyasi
P. 325
325
UD
Mәn yaşasam, udlar kimi yaşayaram
Qәdim zamanlarda, gül bağçalarında
Bir meşә aydınlığını gәtirәr meyvәlәrin
Eşqin әyilmiş çәhrayı ağzından
Mәn gözlәrini sevirәm ceyranların Ərcümənd Uçarı
Qәlbimi duyuram balıqlar nәfәs alınca
mavi sularda
Birәçiçәklәri, göbәlәklәr, quzuqulaqları
Unudulmuş eşqlәri çöl-çәmәnlәrin
Mәn әllәrimi sevәrәm obaşdan oyanınca
Sehrli nağıllar limanında
Ən erkәn qalxan gәmi mәnәm
Külәyimdә su pәrilәri
1960
QISACA
Bütün qәbahәt mәndәdi,
Sizә yalan söylәdim
Günәbaxanı sevdiyim doğru deyil
Qәrәnfili desәniz dözә bilmәrәm
Bir ürәyimiz var insan kimi danışır
Barı çıxıb gedә bilәm
O İŞILTILI ŞEY
Öpüb başıma qoyuram azadlığı
Çörәk kimi
Yerә atılmış görәndә.