Page 315 - Turk_Edebiyyati_Antologiyasi
P. 315
315
Tәk-tәnha,
Zindanda yatarkәn belә
Heç vaxt yalqız qalmamaq.
AXŞAM ERKƏN ENƏR
MƏHBUSXANAYA Əhməd Arif
(ixtisarla)
Axşam erkәn enәr mәhbusxanaya…
Əjdaha olsan belә xeyri dәymәz
Nә dava-dalaşda ustalığın,
Nә dә cәsur qәlbli cavan olmağın.
Fayda vermәz yavaşca içinә dolan,
Sәni sәndәn alan hәsrәtә
Vurulam, yox olam, – deyirәm
Açıq davada.
Kişi kimi olsun, dilәrәm,
Dostluq da, düşmәnlik dә.
Heç biri olmaz, halbuki
Keçәr süngülәr tüfәngә
Başlar gecә nәzarәti jandarmaların…
Hirslә çaxaram kibriti…
İlk qullabda yarı olar siqaretim,
Tüstü alaram sinәdolusu,
Tüstü – özümü boğacaq qәdәr.
Bilirәm, “Sәn dә belә?” – deyәcәksәn.
Amma axşam erkәn enәr mәhbusxanaya.
Vә bayırda dәliqanlı bahar,
Sevirәm sәni
Dәlicәsinә…