Page 310 - Turk_Edebiyyati_Antologiyasi
P. 310
Türkiyə ədəbiyyatı antologiyası
310
QARA GÜNÜN DOSTU
Bilirәm
qumqumada su
torbada çörәk
vә kәmәrdә güllә deyil şeir
amma yenә dә
qumqumasında suyu
torbasında çörәyi
vә kәmәrindә güllәsi qurtaranları ayaq
üstdә saxlaya bilәr
bilirәm
şeirlә, mahnıyla baş tutacaq mәsәlә deyil bu
budaqda narı
tarlada әkini qızartmaz göyәrçinin qurultusu
amma yenә dә
dişlәr arasında bıçaq kimi parıldayar qovğada
şeirin gurultusu
artıq göz-gözü görmür
bircә işıq belә yoxdu
ürәk yaralı şahindi
fırlanar boşluqda
bәlkә şeir
bәlkә şeir parçası
döyәr qapımızı ümidsiz qaranlıqda
yoxlar ürәyimizi
yaxılar yaramıza
dağıdar qorxumuzu
vә üzbәüz tәpәdәn
gur-gur guruldayar şeypur sәsi