Page 296 - Turk_Edebiyyati_Antologiyasi
P. 296
Türkiyə ədəbiyyatı antologiyası
296
QOVAQLAR
Canının naxışlarını
Hәkk edib gövdәlәrinә
Əvvәlcә qovaqları
Əkib yetişdirәn getdi
Titrәdi torpaq
Əllәrindә baltalar
Qәzәbli sifәtlәrlә
Bölüşdü qovaqları
Geridә qalanlar
Mat qaldı göy üzü
Töküb şax budaqlarını, yarpaqlarını
Payız uğultularıyla
Maviliyi başdan-başa yararaq
Yıxılıb şaqqıltılarla
Sonra qovaqlar getdi
Daşa döndü susqunluq
VƏZİYYƏT
O qürbәt sәnin, bu qürbәt mәnim
Bir qәrib baş gәzdirdiyin
İşlәrin gün-gündәn betәr
Bu nә vәziyyәtdi, qardaşlıq?
Mehmetliyin üstündәn tökülәr
Elә hey әzilәr qәlbin
İkiqat olarsan
Yaza bilmәz, söylәyә bilmәzsәn
İnsanla doludu küçәlәr
Birinә “vәziyyәtim belәdi” deyә bilmәzsәn.