Page 284 - Turk_Edebiyyati_Antologiyasi
P. 284
Türkiyə ədəbiyyatı antologiyası
284
YAĞIŞ QAÇAĞI
әlimdәn tut yoxsa yıxılacağam
yoxsa bir-bir ulduzlar düşәcәk
әgәr şairәmsә, mәni tanıyarsan
yağışdan qorxduğumu bilәrsәn
gözlәrim yadına gәlirsә
әlimdәn tut, yoxsa yıxılacağam
yağış mәni aparacaq yoxsa, mәni
gecәlәr bir tәmas duyarsan
tәlaşlar içindә bu yağışdan qaçıram
Sarayburnundan keçirәm
axşamdısa, sentyabrdısa, islanmışamsa
mәni görsәn bәlkә anlayammazsan
qәlbinә salıb gizli-gizli ağlarsan
әgәr mәn tәnhayamsa, yanılmışamsa
әlimdәn tut, yoxsa yıxılacağam
yağış mәni aparacaq yoxsa, mәni
“KİMİ” RƏDİFLİ QƏZƏL
yorğun qadınlar içdik
yalqızlıqdan uğuldayan
duzlu qan kimi
neçә axşamları yıxdıq
cәngi-qiyamәt
“qızıl sultan” kimi
vurduqca mizrab
elә qatı kәdәr
yayılır ki, tәnburdan
buğlanır ötәn sevdalar