Page 281 - Turk_Edebiyyati_Antologiyasi
P. 281

281




                            KÖNLÜMCƏ


               Silahın düşdü әlindәn
               bundan sonra xәyal parçasısan.

               Dostların sәni qәribsәyәrәk anacaq,
               vaxtsız ölümünә kәdәrlәnәn bu kiçik şeirdә dә         Arif Damar
               mәnim könlümә görә olacaqsan.

               Halbuki bir az әvvәl qar yağırdı,
               sәn ağır yaralı idin;
               arxanda düşmәndәn tәmizlәnmiş torpaq,
               suları buz bağlamış Böyük Nәhr,
               ağır-ağır gedirdin.
               Üfüqdә bәlkә
               qarla örtülü qüllәlәri vә damlarıyla
               bir az sonra şәhәrlәr görünәcәkdi.

               Ayaq izlәri örtülәndә dostlarının
               sәn şam meşәlәrini vә sakit göllәri
               son addımında birdәn-birә keçәrәk
               dәnizә çatdın.

               Ondan sonra xәyal parçasısan.


                             TƏQDİMAT


               Mütlәq görmәk üçünmü gözlәyirlәr gözәl günlәri
               Gözlәmәk dә gözәl.

                                           ***
               Şair özündәn başqa
               Hara gedә bilәr ki?
   276   277   278   279   280   281   282   283   284   285   286