Page 276 - Turk_Edebiyyati_Antologiyasi
P. 276
Türkiyə ədəbiyyatı antologiyası
276
ALTRO 1
Şәrqi söylәyirәmmiş
Küçәlәrdә
Görüblәr.
Hey yerә baxırammış
Gedәrkәn
Eşidiblәr
Sonrasını özlәri uydurublar.
***
Gәmilәr, gәmilәr keçir – sanki zarafatyana
Gedirlәrmi, gәlirlәrmi – mәlum deyil
Quşlar uçurlarmı, qonurlarmı – mәlum deyil
Yıxıla-qalxa mızıldanaraq
Ölürlәrmi, yaşayırlarmı
Mәlum deyil.
1 Altro – başqa, ayrı, fәrqli