Page 272 - Turk_Edebiyyati_Antologiyasi
P. 272
Türkiyə ədəbiyyatı antologiyası
272
Əllәri qanlı camelәrdәn çıxdılar
Qәlәm sındırdılar haqq divanında
Peyğәmbәrlәrini dinlәmәdilәr
Qudurğan dalğalar
Qayıqları udur dәnizlәrdә
Çöllәrdәn әsәn yellәr
Əkinlәri qurudur
Bil ki, ümid yaşıldadır
Yenilmәyәn yaşılda
Mәnim bala sәrçәm
Köksü sarı bülbülüm
Quru budaq üstü tikan
Qonub elә ötәrsәn
Öt sәn, öt, qardaş, sәsin
Sulara, külәklәrә qarışsın
Zalım hürksün, kar eşitsin:
Öldürmәyәcәksәn!
GÖZLƏRİM VARDI
Gözlәrim vardı
Gedәn qatarın arxasında qaldı
Qatar pillәkәnindә bir qadın
Gecәnin qoynunda bir cüt gümüş yol görür
Əllәrim vardı
Sevdiyim qadın aldı apardı
Saçlarını oxşayır hey.
Ayaqlarım vardı
Yağışlı, islaq sәkidә
Onun ayaqları yanında.