Page 268 - Turk_Edebiyyati_Antologiyasi
P. 268
Türkiyə ədəbiyyatı antologiyası
268
SEVDA HAQQINDA
II
Nә qәdәr yadsan çağırışıma
Çöl ördәyitәk ürkәk baxışlım
Böyük şәhәrdә yaşayırıq ikimiz
Mәn gündәlik çörәyimin hayında
Sәn katibәsәn yanında bir vәkilin
Günlәr necә olsa keçәr
Burax qәmini, kәdәrini hәyatın
Gözәlliyinlә tәsәlli taparam
Könlümdә daim olsun sәltәnәtin.
SEVDA HAQQINDA
III
Mәnә arzulamaq düşdü
Ərindir qoynuna girәn
Bu hәsrәt vergidi mәnә fәlәkdәn
Sәrәncamın türkü oldu dillәrdә
Cavan ömrüm çürüdü
Samur saçlım, kübar xallım, sevdiyim
Kim çәkib mәnim qәdәr hәsrәtini, qәhrini
Ac qarına, yana-yana, dönә-dönә yataqda.