Page 270 - Turk_Edebiyyati_Antologiyasi
P. 270
Türkiyə ədəbiyyatı antologiyası
270
QIZILÇULLU YOLU
Xıdır Əllәz günü, Qızılçullu yolu
Mәni hamı sevәrdi uşaqlığımda
Arabaçı yanında oturdar
Qamçısını mәnә verәrdi.
Mәn Fitnәt xanımın oğlu,
Arıq bir qızı sevirdim
Gözlәrinin içi gülürdi.
Xıdır Əllәz günәşi
Birgә dırmanmadıqmı ağaclara?
Siz qanatmadınızmı әllәrimi
Alma çiçәklәri?
UÇANALI ZÜLFÜQAR BƏYƏ AĞI
(Zülfüqar bәy – I Dünya savaşında Qәrbi Trakiyanı
işğal edәn düşmәn qüvvәlәrinә qarşı dağa çıxmış, savaşın
sona çatdığı günlәrdә bir gecә evindә qonaq qaldığı köhnә
kәndxuda Uçanalı İsmayıl tәrәfindәn yuxudaykәn mauzerlә
öldürülmüş el igidi.)
Sağlığında üzünә gülәnlәr
Süfrәsindә çörәyini yeyәnlәr
Yuxusunda pusqu qurdular
Zülfüqar bәyi vurdular.
Zülfüqar bәyi vuran Uçanalı İsmayıl
Cәllad olmağına cәlladdı, qaraçı deyil
Zülfüqar bәy mәrddi, igiddi
Yoxsul ağlatmadı, mәzlum әzmәdi