Page 275 - Turk_Edebiyyati_Antologiyasi
P. 275

275




                               LAVİNİA


               Sәnә “Getmә!” – demәyәcәyәm
               Üşüyürsәn, pencәyimi al
               Günün әn gözәl vaxtlarıdı bunlar
               Yanımda qal.

               Sәnә “Getmә!” – demәyәcәyәm,                          Özdəmir Asəf
               Yenә dә özün bilәrsәn
               Yalanlar istәyirsәn – yalanlar söylәyim
               İnciyәrsәn.
               Sәnә “Getmә!” – demәyәcәyәm,
               Amma getmә, Lavinia.
               Adını gizlәyәcәyәm
               Sәn dә bilmә, Lavinia.



                              SAÇLARI

               Bilәmmәdim nә vardı saçlarında…
               Külәkmi dәlisovcasına әsirdi
               Gözlәrimmi elә görürdü yoxsa…
               Saçları necә olsa da, xoşum gәlirdi.



                                MESAJ


               Ölә bilәrәm gәnc yaşımda
               Ən gözәl şeirlәrimi söylәmәdәn özümlә apara bilәrәm
               İndi sevda yellәri әsәrkәn başımda,
               Sevgilim,
               Sәni bir axşamüstü düşündürә bilәrәm.
   270   271   272   273   274   275   276   277   278   279   280