Page 274 - Turk_Edebiyyati_Antologiyasi
P. 274
Türkiyə ədəbiyyatı antologiyası
274
ALTINCI GÜN
Mәnim söylәmәk üçün çırpındığım gecәlәrdә
Siz yoxdunuz.
MÜNSİFLƏR HEYƏTİ
Bütün rәnglәr eyni sürәtlә çirklәnirdi
Birinciliyi bәyaza verdilәr.
HÖRMƏT
Sәnә gözәl deyirlәr;
Amandı, olma.
MACƏRA
Mәn gәzmәyә başlayınca dәnizlәrin üstündә
Sahildә qaçanlar durub mәnә baxdılar
Mәn dә getdim
Sığınacağım adaları bir-bir batırdım.
Ç
Mәn yuxudaykәn
Divarıma dırmaşdın
Güllәrimi yoldun
Vә bütün şikayәtin
Sәn yuxudaykәn
Bağına girәnlәrdәndi.