Page 263 - Turk_Edebiyyati_Antologiyasi
P. 263

263




                                BACA


               Nә tükәnmәz nәğmәn var,
               Baca,
               Bütün günü tüstülәnirsәn.



                             İNSAN SƏSİ                              Səbahəddin Qüdrət Aksal


               Yay sәhәrlәri gün ağararkәn
               Pәncәrәni açdığın zaman
               Otağını dolduran sәrinlikdә
               Qımıldamadan duran ağacda
               İnsan sәsidi duyulan



                           ZƏNGLİ  SAAT


               Bir quş uçur havada. Otağın içindә, otağın çölündә.
          Çevrәlәr çәkir, üçbucaqlar, dördbucaqlar, beşbucaqlar. Bir
          xәtt çәkir sonra. Heç kәs tanımır onu. Varla yoxun birlәşdiyi
          tasdan yeyir yemәyini. Baş ucumda ötür – dibindә
          yastığımın. İlk yay sabahlarının zәngli saatı. Gün ağarır.
          Qanlı doğumu çöl çiçәklәrinin.

                                                           1979


                              BİRİ VAR

               Biri var, elә hey mәni axtarır,
               Biri var, neçә mövsümdü gözlәyirәm.

               Biri var ki, açmamış bir bahar,
               Göylәrimdә ulduz, içimdә sirr.
   258   259   260   261   262   263   264   265   266   267   268