Page 259 - Turk_Edebiyyati_Antologiyasi
P. 259
259
YAXŞI ADAMLAR
budaqların ucları çatlayacaq
torpaq ayaqlanacaqdı
kәrpic evlәrin dәhlizindә
tarlalara bәrәkәt gәtirәn,
yağışın sәsi hardasa duyulacaq Ömər Faruk Toprak
vә gözlәr bir az dumanlanacaqdı.
Sifәtlәri qırışmış ixtiyarlarla
hәsir üstündә bardaş qurub oturduq
onları
yarısı kağızla örtülü pәncәrәlәrdәn gәlәn
işıq altında
xәbәrsiz diqqәtlә dinlәrdim.
Xoşbәxtlik onlara arabir yaxınlaşırdı,
yaxşı adamlardı,
çörәklәrini mәnimlә bölәcәk qәdәr
qәlblәrinin üfüqlәri geniş, yaxşı adamlardı.
AÇ MƏNƏ ÜRƏYİNİ
mәni bu dәfә dә әfv et
dәnizin maviliyi, göyün maviliyi
indi mәn bu qatı qaranlıqda
yaşıl çayla birgә axıram
bir yanımda örtüb әllәriylә üzünü torpaq
elә susub ki, sanki heç danışmayacaq
çayların üzәrindә pul-pul o gümüşü parıltı
söylә deyir içindәkilәri, aç mәnә ürәyini
mәnsә tәpәdәn-dırnağa yanmışam
alovların içindәn keçmişәm rüzgarlarla birgә
o biri yanımda seyrәk işıqlar