Page 256 - Turk_Edebiyyati_Antologiyasi
P. 256
Türkiyə ədəbiyyatı antologiyası
256
ETİRAF
I
Sizә aça bilmәliydim qәlbimi
Gecәlәr, yalnız sizә
Vә sifәtim qızarmadan
Uşaqlığımın körpә eşqlәrini
Danışa bilmәliydim
Gecәlәr, yalnız sizә.
II
Mәnim dә sevdalarım oldu –
Vә dedikcә çox günahlarım.
Halbuki bigünah olmaq istәdim
Bütün ömrüm boyu.
III
Anam
Mәn fırfıra qamçılarkәn küçәdә –
“Mәnim gözәl oğlum
Paşa olacaq”, – deyәrdi...
Halbuki, mәn hәlә
Fırfıra qamçılayıram küçәdә.
MƏMNUNİYYƏT
Mәndәn zәrәr gәlmәz
Yeşiyindәki arıya
Yuvasındakı quşa;
Mәn öz kefimә yaşaram
Papağımın altında
Sәbәbsiz gülüşüm küçәlәrdә