Page 253 - Turk_Edebiyyati_Antologiyasi
P. 253
253
GƏLMƏYƏN BAHAR
Gәl, qardaşım, gәl bәri,
Ey qurd, ey quş, ey bör-böcәk.
Ah, gedәnlәr gәlәrmi geri?
Açarmı bu gün dörd bahardır qanayan çiçәk…
Demәk, Ənvər Gökcə
Hәlә bizim yaşımızda
İnsanlar ölәcәk.
1943
GAH ALIB, GAH SATAN KÖNÜL
Düşdüm elә bir dözülmәz dәrdә,
Nә ölümü düşünәrdim, nә yaşamaq qorxusu,
Nә sirr aradım hәr şeydә, nә qәriblik var sәrdә.
Nә qara sevda, nә sevmәk, nә sevilmәk arzusu,
Artıq hәr mahnı toxunur mәnә bu şәhәrdә.
Hәsrәt nәdir – bilmәzkәn o qәdәr
İndi, hәr an, hәr yerdә qürbәtdәyәm.
Çünki hәlә görmәdiyim gözәlliklәr var,
Elә bir ürәk qoymuşlar ki, içimә, neylәyim,
Hәr yerә könül vermәdәn keçә bilmәrәm, dostlar!
Mәn dәliyәmmi, bilmirәmmi nә etdiyimi?
Bir karvansarayda yatma, qardaş, “Kәrәm” – deyәrlәr,
Nә cürdü bu insanlar, dәrdini açma, qardaş,
Çarәsiz dәrdә tapılmaz mәlhәm, – deyәrlәr.
Ah…gah alıb-gah satan könlüm var, gәzәr çarşı-çarşı,
Başıma gün vurub – yanır, yanmağı öyrәnir.
Nolar, qoy belә dursun – aynaya, günә qarşı,
Könül hәr yerdә bir, qardaşım, gözәl hәr yerdә bir.