Page 257 - Turk_Edebiyyati_Antologiyasi
P. 257
257
Mәmnuniyyәtimdәn
Vә bu çılğınlıq dәlicәsinә
İçimdәn gәlir, içimdәn.
Dilsiz deyilәm ki, susam
O cür ölülәr kimi,
Bu gözәl dünyanın ortasında.
1942 Rüştü Onur
XÜLASƏ
Cahit Sıtkı Tarancıya
Mәn ölsәm dә, әziz anam
Nәyim var sәnә qalacaq?
Pencәyimi qәssab alacaq
Plaşımı baqqal
Borcumun әvәzindә…
Bәs eşqlәrim
Bәs şeirlәrim nolacaq
Bәs sәn elin-günün qınağında
Necә baxacaqsan insan üzünә?!
Xülasә, әziz anam,
Nә anbarda darım,
Nә evdә qarım var
Çılçılpaq doğdun mәni
Çılpaq da gedәcәyәm…
1942