Page 260 - Turk_Edebiyyati_Antologiyasi
P. 260
Türkiyə ədəbiyyatı antologiyası
260
kәrpic daxmalar, tarla siçanları, sәrniclәrdә süd
qapılarını birdәn açam, yaxınlaşam onlara
bilirәm yarısı ordadı ürәyimin.
çiçәklәrin açılma vaxtı, bir axşamüstü
yuxunun gözümә dolhadol çağı
dәrin nәfәs alır dağ zirvәlәri
buludsuz göylәriylә uzaqlaşır iyun da
külәyin danışdıqları bitib, dincәlir
bir kәnarda sәn uzunsov әsmәr sifәtinlә
düşüncәlәrimin sahilindәn ümidlә baxırsan
sәninlә qarşılaşınca işıqlar sönәr
birdәn açıq dәnizlәrdә görәrәm özümü
qamış damlı evlәrin titrәyәn işıqlarını gördüm
baharla sonbahar yan-yana gedirdilәr
gözlәrimiz qurumuş, elә baxa-baxa qalmışdıq
dağlardan yavaş-yavaş külәk enirdi
bir az gözlәdik alovun parlamasını
qanadının altına soxdu dimdiyini bir quş
uzaqda qalmış şәhәrlәrimin elektriki
elәcә tәnha qaranlıqda dayanmışıq
istәyirik, düşünürük, amma danışmırıq
bir müddәt vücudun hәzzindәn uzaq
yarpaq-yarpaq uçuşur umudlarımız
indi nә qәdәr uzaqda qalıb bilirsәnmi heç
güldandakı qәrәnfil, yellәnәn kәtan pәrdәlәr.